Главная > Cəmiyyət > Naftalanda itkin düşən şəxs axtarılır

Naftalanda itkin düşən şəxs axtarılır


25-11-2020, 16:10. Разместил: azadses
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovun  əlamətləri belədir: boyu 178 sm.,  gözlərinin rəngi qəhvəyi, qara saçlı. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15  şəhər və (050) 673-13-05  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Вернуться назад