Главная > Cəmiyyət > Rəşid Mahmudov DTX-yə müraciət etdi
Rəşid Mahmudov DTX-yə müraciət etdi24-11-2020, 08:56. Разместил: azadses |
Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, müraciət sosial şəbəkələrdə R.Mahmudovun adından müəyyən xoşagəlməz, saxta fikirlərin tirajlanması ilə əlaqədardır. Rəşid Mahmudov müraciətində deyir: "Adımdan yayılan saxta xəbərlərin araşdırılması və cəzalandırılması haqqında göstəriş verməyinizi xahiş edirəm! Məlumunuz olsun ki, mən sosial şəbəkədən istifadə edə bilmirəm. Yəni status yazmaq, o cümlədən də video yükləmək, foto yerləşdirmək və s. bilmirəm! Yalnız TV kanallarına verdiyim müsahibələrdə səsləndirdiyim fikirlərə inanın! 82 yaşındayam, yetərincə yetirmələrim var. Yaşımın bu çağında mənim adımdan saxta bəyanatlar yayanları özümə təhqir hesab edirəm! Bir daha xahiş edirəm, saxtakarları ifşa edib, cəzalandırasınız!". Вернуться назад |