Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ23-11-2020, 15:55. Разместил: azadses |
Azərbaycanda son sutkada koronavirus infeksiyasına daha 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə ''Azad Səs''-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb. Вернуться назад |