Главная > Cəmiyyət > Həkimdən xəbərdarlıq: Bu dərmanları qəbul etməyin - KORONAVİRUS
Həkimdən xəbərdarlıq: Bu dərmanları qəbul etməyin - KORONAVİRUS23-11-2020, 15:45. Разместил: azadses |
Azərbaycan Tibb Universitetinin şöbə müdürü, həkim-radioloq Aydın Əliyev antibiotik qəbulu ilə bağlı ciddi xəbərdarlıq edib. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, həkim-radioloq reseptsiz, həkim tövsiyəsi olmadan və açıq-aşkar simptomlar görünmədən antibiotik qəbulunun ciddi fəsadları ola biləcəyini vurğulayıb: “1. Ciddi şikayətləriniz - boğulma, təngnəfəslik, hərarətin 38,5-dən yuxarı olması, biruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, həmçinin, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15%-dən çox deyilsə və şikayətləriniz proqressivləşmirsə (artmırsa) antibiotik qəbul etməyin, sistem qoşdurmayin! 2. Antibiotiklər virusa heç bir təsir etmir, antibiotiklər o zaman istifadə edilməlidir ki, prosesə bakteriyalar qoşulur, onun da əsas əlamətləri yuxarıda 1-ci punktda saydıqlarımızdır! 3. Lazımsız antibiotik istifadəsi əksinə orqanizmi zəiflədir, xəstəliyi ağırlaşdırır! 4. Yalnız tibbi maskalardan istifadə edin! Onların burun hissəsindəki metalı əyərək burunun formasına uyğunlaşdırmaq olur ki, bu da burun-yanaq üçbucağından açıq havanın daxil olmasının qarşısını alır. Dekorativ və digər maskalardan istifadə etməyin! Onların burun hissəsində bu metallik komponent yoxdur!” Həkim lazım oldu-olmadı apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatlarını alımasına da iradını bildirib: Lazım olmadığı təqdirdə apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatları almayın. Bu dərmanlara həqiqi ehtiyacı olan çox insanlar var ki, dərman tapa bilmirlər. Ağır və dərman preparatlarına çox ehtiyacı olan insanları düşünək lütfən, onların ehtiyacı çoxdur. Apteklərdən də xahiş edirəm süni qiymət artımı etməsinlər. Çünki belə ağır məqamda xeyir güdmək olmaz”. Вернуться назад |