Главная > Cəmiyyət > Böyük əfv sərəncamı gözlənilir - AÇIQLAMA

Böyük əfv sərəncamı gözlənilir - AÇIQLAMA


23-11-2020, 12:27. Разместил: azadses
Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin qələbə ilə başa çatmasıyla bağlı əfv sərəncamının olacağı gözlənilir.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Vətən Müharibəsində qazanılan qələbə böyük hadisədir və bu münasibətlə əfv sərəncamı, böyük amnistiya da ola bilər.
Onun sözlərinə görə, komissiya üzvü kimi belə bir təkliflə çıxış etmək niyyətindədir: "Ümid edirəm ki, cənab Prezident bu böyük qələbə ilə bağlı belə bir hunmanist addım atacaq".

Вернуться назад