Главная > Cəmiyyət > “Hamı status haqqında danışır, söhbət sanki...
“Hamı status haqqında danışır, söhbət sanki...22-11-2020, 10:32. Разместил: azadses |
Bu gün hamı status haqqında danışır. Söhbət sanki eyni şey, əslində isə iki fərqli məfhum barəsində gedir. Birinci yekun statusdur. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. Onun fikrincə, bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir: "Ola bilər danışıqlar nəticəsində müəyyənləşsin, yaxud ola da bilər ki, Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi heç danışıqlar olmasın. İkinci status Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti statusun formalaşmasıdır". Sabiq XİN rəhbəri qeyd edib ki, müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir: "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək. Ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır. Bu mandat yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək. Statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir”. Вернуться назад |