Главная > Cəmiyyət > Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi - Türkiyədə yaşayan azərbaycanlı jurnalist
Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi - Türkiyədə yaşayan azərbaycanlı jurnalist21-11-2020, 11:53. Разместил: azadses |
''Azad Səs'' xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Oktay Hacımusalı cənab Prezident İlham Əliyevin xalqa dünənki müraciətini şərh edərkən deyib. Oktay Hacımusalı bildirib ki, cənab Ali Baş Komandan İlham Əliyev bundan öncə müsahibə verdiyi bəzi transmilli media şirkətlərinin jurnalistlərinin qərəzli suallarına necə peşəkarcasına cavab vermişdisə, eyni şəkildə bu müraciətində də hələ də Azərbaycana qarşı ikili standartlarla çıxış edən beynəlxalq qurum və təşkilatlara öz sərt mövqeyini ortaya qoydu. Jurnalistin sözlərinə görə, cənab Prezidentin bu çıxışı Azərbaycanın haqlı mövqeyindən əsla çəkilmədiyinin əyani sübutudur və cənab Ali Baş Komandan bu müraciətində istifadə etdiyi bütün sözlərlə, bütün cümlələrlə bir daha göstərdi ki, Azərbaycan Ermənistanın cinayətkar rejiminə və onun havadarlarına qarşı öz barışmaz mövqeyində qalacaq: “Ölkə başçısı 10 noyabrda qazanılan qələbənin heç də təsadüfi qazanılan bir qələbə olmadığını, bu qələbədə böyüyündən kiçiyinə, gəncindən yaşlısına, qadınından qocasına bütün Azərbaycan xalqının birlik və bərabərliyinin çox böyük önəm ərz etdiyini vurğulayaraq, şəhidlərin və onları bu Vətənə ərməğan edən valideynlərinin qarşısında baş əydiyini bildirdi. Eyni zamanda cənab Ali Baş Komandan hər bir işğaldan azad olunmuş kəndin, qəsəbənin, rayonun, şəhərin ən qısa müddətdə əvvəlkindən daha gözəl hala gətiriləcəyini bildirərək, Azərbaycanın sülh və birgəyaşayış tərəfdarı olduğunu vurğulayaraq həm də bizim gələcəkdə güclənməyimizi, regionda onsuz da güclü bir aktor olan ölkəmizin daha da çiçəklənməsini istəməyən qüvvələrə diplomatik dillə öz sərt yumruğunu göstərmiş oldu. Bildirdi ki, kimsə bizim işimizə mız qoya bilməz, kimsə bizimlə təhdid, təzyiq dilində danışa bilməz. Regionun inkişaf perspektivində hər zaman öz aktivliyi ilə seçilən müstəqil Azərbaycan bundan sonra hadisələrə daha adekvat cavab verərək, indiyə kimi yürütdüyü daxili və xarici siyasi kursa sadiq qalaraq bundan sonra hətta regionda baş verən prosesləri belə qabaqlayan bir ölkəyə, bir dövlətə çevriləcək. Onun yolu Ermənistan kimi müstəqilliyini ayaqlar altına atmaqdan keçməyib və keçməyəcək. Çünki, Azərbaycan müstəqilliyi saxlamağın onu qazanmaqdan daha çətin və şərəfli olduğunun fərqindədir. Elə ona görə də cənab Ali Baş Komandan Ermənistanın cinayətkar rejiminə müraciət edərək onların qarşılarında hazırda iki yol olduğunu bildirdi: ya bayraqlarını endirib hansısa bir dövlətin tərkibində həyatlarını davam etdirsinlər, ya da bu bölgədə yaşayıb ətrafdakı dövlətlərə qarşı ərazi iddialarından vaz keçsinlər. Qısaca şərhə yekun vuracaq olsaq, Cənab Ali Baş Komandan dünənki çıxışında regionun gələcək strateji xəritəsini çəkdi”. Вернуться назад |