Главная > Cəmiyyət > Azərbaycan Minsk qrupundan imtina edə bilərmi? - AÇIQLAMA

Azərbaycan Minsk qrupundan imtina edə bilərmi? - AÇIQLAMA


20-11-2020, 16:57. Разместил: azadses
“ATƏT-in Minsk qrupundan imtina etmək asan məsələ deyil”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov Azərbaycanın Minsk qrupundan imtina etməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Rusiya-Azərbaycan-Ermənistanın üçlü bəyanat imzalaması münaqişənin tam həll olunması demək deyil:
“Lokal müharibə bitsə də, münaqişənin siyasi sferası hələ də davam edir. Ordumuzun uğurları Minsk qrupunun danışıq formatının və məsələnin ardıcıllığının dəyişməsinə səbəb oldu. Hazırda Minsk qrupunun əvvəlki formatı dağılıb. İndi bizə yeni təkliflər verməlidirlər. Ümumilikdə, təkliflərin məzmunu yenilənəcək. Amma Minsk qrupundan tamamilə imtina etmək mümkün deyil. Lakin formatın, danışıqlar masasında məsələlərin ardıcıllığının dəyişdirilməsi mümkündür. Hesab edirəm ki, hərbi uğurlarımızdan sonra həmin format Azərbaycanın tələblərinə uyğun diktə olunacaq”.

Вернуться назад