Главная > Cəmiyyət > Səfərbərliyə çağırılan şəxslər, DİQQƏT! - BANKA BORCUNUZ VARSA...

Səfərbərliyə çağırılan şəxslər, DİQQƏT! - BANKA BORCUNUZ VARSA...


20-11-2020, 15:02. Разместил: azadses
Son günlər sosial şəbəkələrdə bir sıra banklar ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib. Buna səbəb isə hazırda cəbhə bölgəsində xidmər edən, döyüşlərdə yaralanan hərbçilərin borclarının silinməsinə görə edilən tələblərdir. Bəzi özəl banklar borcları silmir, sadəcə faizi dondurur.

Bəs, bankların hər hansı kreditin yaxud faizin silinməsi ilə bağlı öhdəliyi varmı?

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bankçılıq üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, şəxs hərbi xidmətdədirsə, bu dövr ərzində onun bütün borclarının ödənilməsi dondurulur:

"Həmçinin, bu müddət ərzində mövcud borcun üzərinə əlavə faiz, yaxud cərimə də gələ bilməz. Bu da ona görədir ki, mülki məcəllədə "qarşısı alınmaz" adlanan bir anlayış var ki, şəxs özündən asılı olmayan səbəbdən hər hansı öhdəliyi yerinə yetirə bilmir.

Səfərbərliyə çağırılan şəxslərin ailə üzvləri borcun olduğu banka həmin şəxs barədə məlumat verməlidir. Bank belə bir məlumat əldə etdikdən sonra həmin şəxsi məhkəməyə verə bilməz. Əgər bank kredit götürən şəxsin hərbi səfərbərlikdə xidmət etdiyini bildiyi halda, müəyyən miqdarda borca görə onu məhkəməyə verirsə, qanuni deyil. Eyni zamanda məhkəmə də bu işə baxmamalıdır.

Müharibə bitdikdən sonra isə borclu həmin məbləği qaldığı yerdən, əvvəldən qeyd olunan qanunla ödəməyə davam edəcək. Yəni, hər hansı şəxs xidmətdə olduğu zaman banka olan borcunun məbləği arta bilməz.

Biz banklara deyə bilmərik ki, bütün qazilərin borclarını sil. Bu, ilk olaraq qanuna ziddir. Çünki bankların verdiyi kreditlər əsasən öz pulları deyil, əmanətçilərdən gələn pullardır. Təbii ki, elə bank var ki, gəliri və vəziyyəti yaxşıdı, bu səbəbdən istəsə kreditləri bağışlaya bilər. Təbii ki, bu da könüllü şəkildə olan yanaşmadır. Lakin elələri də var ki, onlar bunu edə bilməz".

Вернуться назад