Главная > Cəmiyyət > Şənbə-bazar yalnız bu taksilər işləyəcək - RƏSMİ

Şənbə-bazar yalnız bu taksilər işləyəcək - RƏSMİ


20-11-2020, 13:13. Разместил: azadses
Həftəsonu yalnız lisenziyası olan taksilərin fəaliyyətinə icazə veriləcək.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:
 
“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.


Вернуться назад