Главная > Cəmiyyət > Şənbə və bazar günləri taksilər işləyəcək

Şənbə və bazar günləri taksilər işləyəcək


20-11-2020, 10:07. Разместил: azadses
Şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi taksilərin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.
''Azad Səs'' Trend-ə istinadən xəbər verir ki, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

Вернуться назад