Главная > Cəmiyyət > Ermənilər Qarabağda albanlara aid hər şeyi mənimsəyiblər

Ermənilər Qarabağda albanlara aid hər şeyi mənimsəyiblər


20-11-2020, 08:50. Разместил: azadses
“Kəlbəcər tarixi və xristianlıq abidələri ilə zəngindir. Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasındakı danışıqda xristian abidələri haqqında məsələlərlə bağlı müzakirə aparılıb”.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında “525-ci qəzet”in baş redaktoru, tanınmış yazıçı-jurnalist  Rəşad Məcid işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən tarixi alban kilsələrindən danışarkən deyib.

Rəşad Məcid bildirib ki, ermənilər albanlara aid hər şeyi mənimsəyiblər:
“Qafqaz ərazisində olan  alban abidələri var ki, bu abidələrə ermənilər şərik çıxıblar və mənimsəyiblər. Qədim Alban dilində olan bütün kitabları erməni dilinə çeviriblər və özlərinə sərf edən şəkildə redaktə ediblər. Əslində isə erməniləşdiriblər. Alban dilini, alban tarixini mənimsəyərək məhv ediblər. Özlərini əzabkeş xalq kimi göstərərək, vaxtilə  Rusiya çarına yaltaqlıq ediblər. Nəticədə 1836-cı ildə Alban Apastol kilsəsinin erməni Qriqoryan kilsəsinə tabe olmasına nail olublar. Bununla da bütün Alban məbədlərinin tarixini sildilər. Alimlərimiz də dəfələrlə bu barədə danışarkən deyiblər ki, ermənilərin tarix kitablarını oxuyanda alban dilindən tərcümə olunduğu  aydın şəkildə görünür”.

R.Məcid qədim albanların irsi davamçıları barədə də danışıb:
 “Qəbələnin Nic kəndində yaşayan albanlar qalıb. Təxminən on minə yaxın. Bu yaxınlarda Heydər Əliyev  Fondu Qəbələdə olan qədim alban kilsəsini təmir elətdirib. Alban məbədlərinə münasibətimiz yüksək səviyyədədir. Şəkidə qədim Kiş kəndində  Alban məbədi var ki, xristianlığın ilk məbədlərindən biridir. Kəlbəcərdə də bizim Gəncəsar, Xudavəng kimi qədim alban abidələri mövcuddur. Bunları da ermənilər özününküləşdirmişdilər. Hesab edirəm ki, 1836-cı ildəki rus çarının fərmanı ləğv olunmalıdır”.

Вернуться назад