Главная > Cəmiyyət > COVID-19-a görə süni nəfəs aparatına qoşulanların sayı 45-dir
COVID-19-a görə süni nəfəs aparatına qoşulanların sayı 45-dir19-11-2020, 14:10. Разместил: azadses |
“Bu xəstəliklə bağlı testləri başladığımız zaman maksimum edəcəyimiz testlərin sayı 5 min idi. Ancaq ölkəyə gətirilən cihazlar vasitəsilə 13 min test apara bilirik". ''Azad Səs'' xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-dur. Süni nəfəs aparatında olanların sayı isə 45-ə çatıb. Вернуться назад |