Главная > Cəmiyyət > Yaqut Qarayeva: "Yeganə mübarizə metodumuz karantin rejiminin tətbiqiydi"
Yaqut Qarayeva: "Yeganə mübarizə metodumuz karantin rejiminin tətbiqiydi"19-11-2020, 13:54. Разместил: azadses |
“Bu xəstəliklə mübarizədə karantindən başqa əlimizdə vasitə yoxdur. Biz bunu fərqli-fərqli ölkələrdə də görürük. Yeganə mübarizə metodumuz karantin rejimi, maskadan istifadədir”. ''Azad Səs'' xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, artıq Türkiyədə də sərtləşmələr elan olunub: “Biz də bir müddətdir ki, ayrı-ayrı regionlarda qapanmalara gedirdik. Bu da bizə istənilən nəticəni vermir. Biz hər şeyi başa düşürük. Amma bir həqiqət də var ki, insanlar toplandığı zaman onların içərisində kütləvi yoluxmalar baş verir”. Вернуться назад |