Главная > Cəmiyyət / Manset > SON DƏQİQƏ: Ramiz Mehdiyev kafedra müdiri vəzifəsindən çıxarıldı
SON DƏQİQƏ: Ramiz Mehdiyev kafedra müdiri vəzifəsindən çıxarıldı19-11-2020, 11:55. Разместил: azadses |
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib. Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib. Вернуться назад |