Главная > Cəmiyyət > Yaxın 3 gün ərzində hava belə olacaq - PROQNOZ
Yaxın 3 gün ərzində hava belə olacaq - PROQNOZ18-11-2020, 16:22. Разместил: azadses |
Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Вернуться назад |