Главная > Cəmiyyət > Kiçik şirkətlərdə işçilərin çoxu ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kiçik şirkətlərdə işçilərin çoxu ənənəvi iş modelinə qayıtmağa hazır deyil


18-11-2020, 16:14. Разместил: azadses
“Kaspersky” şirkəti dünya üzrə kiçik və orta sahibkarlıq işçilərinin dörddə üçünün (74 %) pandemiya bitdikdən sonra adəti iş prosesinə qayıtmağa hazır olmadığını aşkarlayıb.
''Report'' bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, uzaqdan işə keçid nəticəsində insanlar üçün bundan sonra da əldə saxlamaq istədikləri imkanlar yaranıb: yaxınlarla daha çox vaxt keçirmək (47 %), pula qənaət (41 %) və hər yerdən işləməyin mümkünlüyü (32 %). Bunlar “Kaspersky” tərəfindən 2020-ci ilin oktyabrında aparılan "Pandemiya sonrası iş: o necə təşkil ediləcək" adlı yeni bir araşdırmanın təqdim etdiyi məlumatlardır.
Sorğu göstərib ki, insanlar əvvəlcədən mövcud olan məhdudiyyətlərdən uzaqlaşır və öz mənafelərinin ön planda olduğu daha çevik şəraitdə işləmək istəyirlər. Beləliklə, respondentlərin təxminən üçdə biri əvvəllər qəbul edilmiş bu və ya digər qaydalara qayıtmaq istəmirlər. Məsələn, 39 % respondent səkkiz saatlıq iş qrafikində yenidən işləməyə hazır deyil, 34 %-i ofisə, 32 %-i isə beş günlük iş həftəsinə bağlı olmaq istəmir.
Hər üç nəfərdən biri (32 %) pandemiya bitdikdən sonra uzaqdan işə davam etmək istəyir. İşçilər işəgötürənlərdən, xüsusilə texnologiyanın istifadəsi ilə bağlı dəstək gözləyirlər - sorğu iştirakçılarının 38 %-i bu barədə məlumat verib. Onların rəylərinə görə, daha məhsuldar, təhlükəsiz olmaq və eyni zamanda daima əlaqə saxlaya bilmək üçün lazımi avadanlıqların, alətlərin və texniki dəstəyin əlverişliliyi mühüm əhəmiyyət kəsb edir.
“Pandemiya insanların bir çox proseslərə baxışlarını, iş həyatı və ev mühitin anlamlarını dəyişib. Təcrid zamanı əldə edilən daha böyük vaxt sərbəstliyi bir çox adi və rəhbər işçinin iş prosesinə yeni bucaqdan baxmasına imkan verib," “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.
"Yəqin ki, ev ofisləri həyatımızda hələ uzun müddət qalacaq. Buna görə də, işçilər informasiya təhlükəsizliyi məsələləri də daxil olmaqla, bir çox müstəqil və operativ qərarlar qəbul etməli olacaqlar. Bu, şirkətlərin kiber təhlükəsizliyindən məsul mütəxəssislərin nəzərə alması vacib olan potensial riskləri daşıya bilər", - o deyib.
Çevik rejimdə işləyən işçiləri qorumaq üçün “Kaspersky” şirkətlərə bir sıra tövsiyə edib.
İş məlumatlarını və cihazlarını həm də parol, şifrə və ehtiyat nüsxə vasitəsilə qorumaq, işçilərin ofis daxilində və xaricində iş tapşırıqlarını yerinə yetirmək üçün istifadə etdikləri istənilən cihazın təhlükəsizliyini təmin etmək lazımdır. Bunun üçün Kaspersky Endpoint Security Cloud kimi bir həlldən istifadə edilə bilər.
Qeyd edək ki, "Pandemiya sonrası iş: o necə təşkil ediləcək" adlı araşdırma “Censuswide” agentliyi tərəfindən xüsusi olaraq “Kaspersky” üçün aparılıb. Anketdə Braziliya, Belçika, Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya, Lüksemburq, Malayziya, Meksika, Hollandiya, Rusiya, İspaniya, Cənubi Afrika, Türkiyə , BƏƏ, İngiltərə və ABŞ-da fəaliyyət göstərən və işçi heyəti 250 nəfəri keçməyən şirkətlərin 8 min əməkdaşı iştirak edib.

Вернуться назад