Главная > Cəmiyyət > Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA


18-11-2020, 10:38. Разместил: azadses
“İşğaldan azad olunan ərazilərimizə qayıdış komplekt bərpa tələb edir. Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır:
“Növbəti illərdə məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi reallaşdırılacaq”.

Вернуться назад