Главная > Cəmiyyət > Bakının ən sürətli yolunda sürət dəyişir

Bakının ən sürətli yolunda sürət dəyişir


13-01-2020, 13:29. Разместил: azadses
Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq
Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək. Bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən verilib.
Bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. BNA bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.
Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. "Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik".




Вернуться назад