Главная > Cəmiyyət > Milyarder Aya aparmağa sevgili axtarır

Milyarder Aya aparmağa sevgili axtarır


13-01-2020, 13:19. Разместил: azadses
Qızlar bəzi kriteriyalara cavab verməlidir
İllərdir xəyalını qurduğu Aya uçmağa hazırlaşan yaponiyalı milyarder açıqlaması ilə bütün dünyanın diqqətini üzərinə toplaya bilib. Yusaku Maezava "SpaceX"in Aya təşkil etdiyi turistik səfər zamanı özü ilə bir qızı da aparacaq. Daha doğrusu sevgilisini. 
44 yaşlı milyarder internet səhifəsində 2023-cü ildə baş tutacaq səfər zamanı "özəl" bir qadını da özü ilə aparmaq niyyətində olduğunu və bunun üçün müraciətlərin qəbuluna başladıqlarını elan edib.
Müraciətlərin qəbulu yanvarın 17-də bitəcək. Burada tələb edilən kateqoriyalar da yerləşdirilib. Qısa müddət öncə 27 yaşlı aktrisa sevgilisi Ayame Gorikidən ayrılan Maezava ilə Aya getmək istəyənlər subay, 20 yaşından böyük, daima pozitiv olmaları və kosmosla maraqlanmalıdırlar.  Seçilən qadınla bağlı qərar mart ayında veriləcək. 
Xatırladaq ki, bundan öncə də Yusaku Maezava onun tveteni paylaşanlar arasında 100 nəfərin təsadüf yolu ilə seçiləcəyini bildirmidşi. Seçilən şəxslərə 100 milyon yen (təqribən 2 milyon manat) veriləcək.
Maezeva daha öncə də bənzər bir addım atıb. Qeyri-adi addımları ilə dünyada məşhur olan yaponiyalı iş adamı məqsədinin pulun insanlaçrı xoşbəxt edib-etməyəcəyini yoxlamaq olduğunu deyib. 




Вернуться назад