Главная > Cəmiyyət / İqtisadiyyat > İşğaldan azad edilən ərazilərdə 450 MİN YENİ İŞ YERİ...

İşğaldan azad edilən ərazilərdə 450 MİN YENİ İŞ YERİ...


16-11-2020, 16:38. Разместил: azadses
“İşğaldan azad edilmiş ərazilərin maddi-mənəvi dəyərli çox böyükdür. Həmin ərazilər Azərbaycanın təbii coğrafi şəraitinin inciləridir".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O, bildirib ki, orada həm yeraltı sərvətlər, həm də flora və fauna baxımdan kifayət qədər böyük potensialı var: 
"Əslində Qarabağ Azərbaycan üçün mənəvi dəyəri ilə yanaşı, əlavə dəyər imkanı olan coğrafiyadır. Həmin ərazilər işğaldan əvvəl kənd təsərrüfatı üzrə ixtisaslaşmışdı.Təbiəti, torpaqları, suvarma imkanları həm əkinçiliyin, həm də maldarlığın inkişafı üçün çox böyük potensial formalaşdırırdı. Təxminən 1 milyon hektar yararlı torpaqlar var idi. Onun da 250 min hektarı faktiki suvarılan torpaqlar idi.
Düzdür, son dövrlərdə baxımsızlıq səbəbindən həmin ərazilərdə torpaqların bir qismi keyfiyyətini itirib, şoranlaşıb. Amma yenə də kənd təsərrüfatına qaytarmaq mümkündür. İlk olaraq həmin ərazilərin kənd təsərrüfatı potensialını qiymətləndirməyə çalışdıq. Təxminən 450 mindən artıq əlavə iş yeri formalaşdırmaq imkanı var. Bu, sadəcə kənd təsərrüfatı seqmenti üçün düşünüləndir. İllik təxmini 1.5- 2 milyard manatlıq aqrar sektorda əlavə dəyərin yaradılması imkanları mövcuddur".

Вернуться назад