Главная > Cəmiyyət > Əhali ərzaq, içki və tütün məhsullarının istehlakını artırıb
Əhali ərzaq, içki və tütün məhsullarının istehlakını artırıb14-11-2020, 11:16. Разместил: azadses |
2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq məhsul satılıb. Oxu.Az-ın dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz azalıb. 2019-cu ilin müvafiq dövrünə nisbətən 2020-ci ilin 10 ayında 3 faiz daha çox - 17 milyard 34,5 milyon manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları satılıb. Eləcə də, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz daha az - 14 milyard 628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub. Вернуться назад |