Главная > Cəmiyyət > Naxçıvan dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

Naxçıvan dəhlizi ilə bağlı daha bir AÇIQLAMA


12-11-2020, 08:21. Разместил: azadses
"Bəyanatın 9-cu bəndinin icrası Gürcüstanın Cənubi Qafqazda nəqliyyat və kommunikasiya sahəsindəki rolunu və tranzit gəlirlərini azaldacaq. Çünki bundan sonra Rusiya Ermənistana yükləri yalnız Gürcüstan vasitəsilə deyil həm də Azərbaycan ərazisindən göndərə biləcək, əskinə ermənilər də Rusiyadan və başqa ölkələrdən yükləri Azərbaycan vasitəsilə də əldə edə biləcəklər. Həmçinin Türkiyədən Azərbaycana və əksinə yüklər Naxçıvan üzərindən daha çox və az xərclə daşınacaq".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, gürcülər bu səbəbdən hər il 10 milyonlarla dollar və əvvəlki statusunu itirəcək. Putin bəyanatın 9-cu maddəsi ilə "bir güllə ilə bir neçə quş vurub". 9-cu maddədə deyilir ki, "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir."

Вернуться назад