Главная > Cəmiyyət > DİN-dən əhaliyə MÜRACİƏT

DİN-dən əhaliyə MÜRACİƏT


11-11-2020, 17:53. Разместил: azadses
Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”. 

Вернуться назад