Главная > Cəmiyyət > “TikTok”dan şəxsi məlumatlar oğurlanıb

“TikTok”dan şəxsi məlumatlar oğurlanıb


10-01-2020, 22:44. Разместил: azadses
Son zamanlar xüsusən gənclər arasında populyarlıq qazanan mobil tətbiqetmə “Tik-Tok”un bir sıra nöqsanları var ki, cinayətkarlar bu boşluqdan istifadə etməklə hesablara və şəxsi məlumatlara giriş əldə edə biliblər.
Bu haqda şirkətə sorğu göndərilib və “Tik-Tok” da öz növbəsində proqramda yenilənmə həyata keçirib.
Məlumatı “Check Point Research” araşdırma şirkəti yayıb.
“İlk olaraq istifadəçilərə SMS-lə zərərli linklər göndərilir. Kibercinayətkarlar zərərli internet keçidlərə daxil olan şəxsin “TikTok” ünvanını ələ keçirərək şəxsi məlumatları əldə edə biliblər. 
Cinayətkarlar, şəxsi məlumatların mənbəyi olan sosial şəbəkələr üçün nəzərdə tutulmuş tətbiqlərdəki zəiflikləri axtarırlar”,  - deyə şirkətin yaydığı sənəddə qeyd olunur.
Qeyd edək ki, “TikTok” Çin sosial şəbəkəsidir. İstifadəçilər bu sosial şəbəkədə əsasən qısa əyləncəli videoroliklər yerləşdirirlər.


Вернуться назад