Главная > Cəmiyyət > Ermənilərin jurnalistləri təhdid etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

Ermənilərin jurnalistləri təhdid etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi


5-11-2020, 13:02. Разместил: azadses
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına bəyanat ünvanlayıb.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, ali təhsil müəssisəsindən verilən məlumata görə, bəyanatda Azərbaycan ordusunun erməni təxribatına qarşı 27 sentyabr 2020-ci ildən başlayan əks-hücum əməliyyatları barədə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanıb.
Bəyanatda 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığı, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəni nizamlamaq üçün aparılan diplomatik danışıqları səmərəsiz etməsi göstərilib. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu münaqişənin həm tarixi, həm də hüquqi-siyasi mahiyyəti barədə obyektiv təsəvvürün formalaşmasında beynəlxalq medianın rolunun olduqca önəmli olması qeyd edilib.
BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti jurnalistikanın obyektivlik, dəqiqlik və qərəzsizlik kimi ali prinsiplərinin rəhbər tutulmasının vacibliyini nəzərə çatdırmaqla, beynəlxalq təşkilatların jurnalistlərin peşə fəaliyyəti, hüquq və vəzifələri, informasiya ilə iş prinsipləri ilə bağlı qəbul etdikləri beynəlxalq sənədlərə istinad edərək beynəlxalq təşkilatları, beynəlxalq jurnalist qurumlarını məsələyə münasibət bildirməyə, erməni diasporu və lobbisinin media qurumlarına, ayrı-ayrı jurnalistlərə qarşı təhdidlərinə, zorakı hərəkətlərinə son qoymağa çağırıblar. Xüsusi olaraq Fransanın TF1 telekanalının müxbiri Liseron Budulanın Gəncə, Tərtər və Bərdədə Ermənistan Silahlı Qüvvələrinin mülki əhalimizi artilleriya və raket atəşinə tutması barədə hazırladığı reportajdan sonra ölüm təhdidləri, təhqir mesajları vurğulanmışdır.
Bəyanat erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına müraciət ünvanlanıb.

Вернуться назад