Главная > Cəmiyyət > AZAL İrana uçuşların dayandırılması barədə - RƏSMİ

AZAL İrana uçuşların dayandırılması barədə - RƏSMİ


8-01-2020, 16:05. Разместил: azadses
Qurum yayılan xəbərlərə münasibət bildirib
“Azərbaycan Hava Yolları” QSC bəzi aviaşirkətlərin İrana uçuşları dayandırılması ilə bağlı qərarlarına münasibət bildirib.Azadsəs xəbər verir ki
İstiPress-ə qurumdan daxil olan məlumata görə,  AZAL və “Buta Airways” aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
Вернуться назад