Главная > Cəmiyyət > İş adamı Anar Əlizadə atası cəbhədə döyüşən 5 yaşlı Safiyanın müalicəsini üzərinə götürdü
İş adamı Anar Əlizadə atası cəbhədə döyüşən 5 yaşlı Safiyanın müalicəsini üzərinə götürdü4-11-2020, 12:22. Разместил: azadses |
Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak edən hərbçinin 5 yaşlı qızı Safiya Həsənzadənin kəskin limfoblast leykozdan əziyyət çəkdiyi və təcili köməyə ehtiyacı olduğu barədə məlumat verilmişdi. ''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Anar Əlizadə hərbçimizin övladının müalicə xərclərini öz üzərinə götürüb. Qeyd edək ki, kəskin limfoblast leykoz təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir. Вернуться назад |