Главная > Cəmiyyət / Manset > Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait daxil olub?

Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait daxil olub?


4-11-2020, 08:58. Разместил: azadses
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək  198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.
 
''Azad Səs'' xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Вернуться назад