Главная > Cəmiyyət > Sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib

Sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib


2-11-2020, 10:28. Разместил: azadses
Rəsmi statistikaya görə sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata əsasən, son bir ildə istehlak səbətinə daxil olan məhsulların 9,2 faizinin qiyməti dəyişməyib, 10,8 faizinin qiyməti isə aşağı düşüb.
Bahalaşan məhsulların 55 faizinin qiymət artımı 2 faizdən aşağı olub.
Ərzaq inflyasiyası illik 4,3 faiz təşkil edib. Daxili ərzaq inflyasiyasının səngiməsi dünya ərzaq qiymətlərinin son 12 ayda 5 faiz artması fonunda baş verib.
Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda dəyişməyib, xidmətlər 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin illik dəyişimi müvafiq olaraq 1,4 faiz və 1,2 faiz təşkil edib.
İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə sentyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və ticarət sahələrində artıb, xidmət sektorunda azalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib.
Ev təsərrüfatları arasında sentyabrda aparılan sorğuya görə inflyasiyanın artacağını gözləyən respondentlərin payı 25 faiz təşkil edib. Bu da iyun üzrə analoji göstərici ilə müqayisədə 7 faiz azdır. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşır.


Вернуться назад