Главная > Cəmiyyət > Fosforlu silahın fəsadlar nədir? - 0,05 qramı yetərlidir ki...
Fosforlu silahın fəsadlar nədir? - 0,05 qramı yetərlidir ki...1-11-2020, 13:41. Разместил: azadses |
Artıq bir neçə gündür ki, Ermənistan Qarabağda fosforlu bombalardan istifadə edərək yanğınlar törədir. Azərbaycan MN işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyini bildirmişdi. Bəs kimyəvi tərkibli ağ fosforlu hərbi sursat nəyə görə qadağan olunub və onun yaratadığı fəsadlar nədir? ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir. Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Budan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var. Вернуться назад |