Главная > Cəmiyyət > İnam Kərimov: “İşğaldan azad edilən torpaqlar həyata qaytarılmalıdır”

İnam Kərimov: “İşğaldan azad edilən torpaqlar həyata qaytarılmalıdır”


1-11-2020, 12:14. Разместил: azadses
Kənd Təsərrüfatı naziri İnam Kərimov 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fermerlərə müraciəti edib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata əsasən, müraciətdə qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib.
O əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Nazir vurğulayıb ki, işğaldan azad edilən torpaqlar həyata qaytarılmalıdır.
Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək.
Qeyd edilib ki, azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.  
Bildirilib ki, aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. İşğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır.


Вернуться назад