Главная > Cəmiyyət > Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdi

Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdi


30-10-2020, 15:20. Разместил: azadses
Metroda sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.
''Azad Səs'' Modern az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən sonuncu qərara əsasən, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti dekabrın 1-dək uzadılıb.
 
Mətbuat katibinin sözlərinə görə, metronun müəyyən edilmiş müddətdən daha tez, yaxud daha gec açılması yoluxma sayındakı dinamikadan asılı olacaq.

Вернуться назад