Главная > Cəmiyyət > Nazirdən VPN-lə bağlı AÇIQLAMA
Nazirdən VPN-lə bağlı AÇIQLAMA30-10-2020, 13:10. Разместил: azadses |
Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb: "Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək". "Növbəti iki həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik", - nazir əlavə edib. Вернуться назад |