Главная > Cəmiyyət > Şəkidəki karvansarayda yenidənqurma, bərpa və abadlıq işləri aparılacaq

Şəkidəki karvansarayda yenidənqurma, bərpa və abadlıq işləri aparılacaq


30-10-2020, 08:50. Разместил: azadses
Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Karvansaray” kompleksində yenidənqurma, bərpa və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə açıq tender elan edib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 15-I, saat 18:00-a qədər dövlət satınalmalaının vahid portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 505-87-04 (daxili 2304).

Nəticələr dekabrın 16-da, saat 12:00-da sözügedən portalda açıqlanacaq.

Вернуться назад