Главная > Cəmiyyət > TERROR TƏHLÜKƏSİ: "Vətəndaşlar ayıq-sayıq olmalıdır" - AÇIQLAMA

TERROR TƏHLÜKƏSİ: "Vətəndaşlar ayıq-sayıq olmalıdır" - AÇIQLAMA


29-10-2020, 16:37. Разместил: azadses
Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməyə başladığı andan etibarən Ermənistan öz terrorçu mövqeyini nümayiş etdirir. Hazırda isə onların öz mövqelərini göstərərək hansı ərazidə təxribat törədəcəkləri sual altındadır.
''Azad Səs'' Redaktor az-a istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, qarşı-qarşıya durduğumuz dövlətin ən əsas xüsusiyyətlərindən biri elə terror mövqeyində dayanmağıdır:
“Bildiyimiz kimi, Ermənistandan Azərbaycana qarşı terror hadisələri həyata keçirilib. Buna misal olaraq, 1990-2000-ci illəri göstərmək olar. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına baxanda onların necə bir dövlət, xalq olmaları haqqında təsəvvürlər asanlıqla formalaşır.
Ümumiyyətlə, terrorun başlıca məqsədi kütləvi qorxu yaratmaqdan ibarətdir. Hazırki vəziyyətdə Ermənistan Azərbaycan Ordusunun qarşısında müqavimət göstərə bilmir. Onlar işğal etdikləri ərazilərdə daha artıq qala bilməyəcəklərini bilirlər. Ona görə də başqa mübarizə vasitələrinə əl atırlar. Təbii ki, bu da onların daha çox istifadə etdiyi terror hadisəsidir. Ermənistanın cəbhədən kənar ərazilərdə yaşayan dinc əhaliyə qarşı etdikləri terrorun nəticələrini görürük. Azərbaycan xalqına qarşı keçirilən hər bir terror xalqın mübarizə əzmini qırmır,  onu daha da güclü edir. Onlar bu tip təxribat işlərini digər ərazilərdə də həyata keçirə bilərlər.
Ermənistanın belə bir xüsusiyyətinin olduğunu bildiyimiz üçün xalq olaraq daha diqqətli olmalıyıq. Düşməndən hər an, hər cür təxribatı, terroru gözləmək olar. Təbii ki, bu tip hadisələrin baş verməsinin qarşısını almaq üçün məsul orqanlar, qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar da ayıq-sayıq olsalar, daha yaxşı olar. Cəmiyyətdə panika, qorxu yaradacaq informasiyalarım yayılmasının qarşısını da almaq lazımdır".

Вернуться назад