Главная > Cəmiyyət > Müştəri şikayət etdi, “Park Qusar”ın direktoru işdən çıxarıldı

Müştəri şikayət etdi, “Park Qusar”ın direktoru işdən çıxarıldı


7-01-2020, 12:51. Разместил: azadses
“Park Qusar Resort” hotelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də hoteldən üçotaqlı kottec bron ediblər:
“Biz üç ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda hotellə əlaqə saxladıq, amma hotelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də hotelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər, hotel doludur deyə xadimə çatdırmayıb.
Biz uşaqlara görə heç olmasa bir otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”. 
“Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev Qafqazinfo-ya açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib:
“Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də hotelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı.
İndi hotelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.


Вернуться назад