Главная > Cəmiyyət > Sürücülərin ən çox şikayət etdiyi yoldan keçənlərə bayram sürprizi FOTO
Sürücülərin ən çox şikayət etdiyi yoldan keçənlərə bayram sürprizi FOTO7-01-2020, 12:40. Разместил: azadses |
İllərlə təmirsiz olan yolda yenidənqurma işləri başladı Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Bu problemlərin aradan qaldırılmadı üçün ölkə başçısının imzaladığı sərəncamdan dərhal sonra yolun yenidən qurulmasına agentlik tərəfindən kifayət qədər texnika cəlb olunmaqla işlərə başlanılıb. 35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda hazırda torpaq işləri görülür. Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir. Вернуться назад |