Главная > Cəmiyyət > DİQQƏT: Bu rayonlara giriş-çıxış dayandırılır

DİQQƏT: Bu rayonlara giriş-çıxış dayandırılır


28-10-2020, 16:23. Разместил: azadses
Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub.
Bu barədə ''Azad Səs''-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

Вернуться назад