Главная > Cəmiyyət > Parlament jurnalistləri yeni layihə reallaşdırıb
Parlament jurnalistləri yeni layihə reallaşdırıb24-10-2020, 17:04. Разместил: azadses |
Parlament Jurnalistlər Birliyi (PJB) Milli mətbuatın yaranmasının 145-ci ildönümü ilə bağlı "Media könüllüləri -145” layihəsi reallaşdırıb. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində iştirak edən BDU Jurnalistika fakültəsinin 145 könüllü tələbəsinə hərbi jurnalistika ilə bağlı seminarlar keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar onlayn şəkildə davam etdirilən seminarlarda dünyanın əksər qaynar nöqtələrində prosesləri işıqlandıran tanınmış türkiyəli jurnalist İrfan Sapmaz çıxış edib. PJB-dən bildirilib ki, seminarlarda iştirak edənlərin hamısına Qlobal Jurnalistlər Şurası və BDU Jurnalistika fakültəsi tərəfindən sertifikat veriləcək. Seminarlar təkcə bununla yekunlaşmayacaq və jurnalistikanın digər sahələri üzrə də onlayn təlimlərin aparılması planlaşdırılır. Qeyd edək ki, "Media Könüllüləri -145 " layihəsinin iştirakçılarından xüsusi fəallığı ilə fərqlənənlər, jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər. Вернуться назад |