Главная > Cəmiyyət > Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib
Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib24-10-2020, 12:23. Разместил: azadses |
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən ''Azad Səs'' -ə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı rayonunda Elvin Salayevə məxsus “Telefon aksessuarları mağazası”nda, Nizami rayonunda “Tar mobile” pərakəndə ticarət obyektində, “3D oboy mağazası”nda, Xəzər rayonunda “Nur market”də, Nəsimi rayonunda “Bolmart market”də, Həyatxan İskəndərova məxsus mağazada, Nərimanov rayonunda “Unikal texnik mağazası”nda, Elmir Məmmədova və Samir Sadıqova məxsus istehsal sahələrində, Binəqədi rayonunda “9 market”də, “Nursel ticarət mərkəzi”ndə, “Oba market”də, Xətai rayonunda “Komform mebel”, “R Line ehtiyat hissələri” mağazalarında, Sabunçu rayonunda "Zeytun pharmaceuticals” MMC-yə məxsus “APTEK 532”də, "Uğur qapısı dəmir sexi”ndə, Qaradağ rayonunda “Uluxanlı market”də, Zülfü Sarıyevə məxsus geyim mağazasında, Sumqayıt şəhərində Rövşən Əmirova məxsus telefon, Eldar Mustafayevə məxsus ərzaq mağazalarında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Bundan başqa, Abşeron rayonunda İlkin Ağayevə məxsus geyim mağazasında, Müsabi Əmirəliyevə məxsus mebel təmiri obyektində, Sabirabad rayonunda Amir Məhərrəmova, İmdad Tağıyevə məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda İqbal Əliyevə, Rasim Əzizova məxsus mağazalarda, Lənkəran rayonunda Teymur Nağıyevə məxsus mağazada, Şəmkir rayonunda Musa Hüseynova, Elnur Süleymanova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda Tofiq Abduləzizova, Məmmədrahim Abdullayevə məxsus mağazalarda, Quba rayonunda Qurban Haktariyə, Gülüstan Rzayevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 72 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb. Вернуться назад |