Главная > Cəmiyyət > Azərbaycanlı iş adamı Orduya yardım etdi

Azərbaycanlı iş adamı Orduya yardım etdi


19-10-2020, 15:31. Разместил: azadses
Moskvada yaşayan azərbaycanlı biznesmen Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Orduya 50 000 manat yardım edib. 
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.


Вернуться назад