Главная > Cəmiyyət > Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır19-10-2020, 14:42. Разместил: azadses |
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır. Bu barədə "Azad Səs"-ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Вернуться назад |