Главная > Cəmiyyət > Sosial şəbəkədə narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi

Sosial şəbəkədə narkotik qəbulunu təbliğ edən şəxs həbs edildi


19-10-2020, 13:04. Разместил: azadses
"İnstagram" sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub. 
 
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
 
Rəşid Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq toplanmış materiallar məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib. 

Вернуться назад