Главная > Cəmiyyət > Meyvə çuvalından oğlan çıxdı - FOTO

Meyvə çuvalından oğlan çıxdı - FOTO


1-01-2020, 14:09. Разместил: azadses
Meyvə çuvallarının arasında içərisində oğlan uşağı olan bir torba aşkarlanıb. Hadisə İspaniya-Mərakeş sərhədində qeydə alınıb.
Bu barədə “Daily Mail” xəbər verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətlərindən şübhələndikləri cütlüyü saxlayıb, əşyalarına baxış keçirərkən çantaların birinin içində gizlədilmiş 10 yaşlı fələstinli uşağı tapıblar.Ehtimal edilir ki, anası uşağı sərhəddən keçirmələri üçün həmin cütlüyə pul verib. Onun  övladının daha yaxşı həyat sürməsi üçün bu addımı atdığı düşünülür. 
Fələstinli oğlan artıq Melilidə sığınacaq evində saxlanılan anasının yanına göndərilib.
Onu sərhəddən keçirmək istəyən 38 yaşlı qadın və 34 yaşlı ortağı insan alveri ittihamı ilə həbs olunub.




Вернуться назад