Главная > Cəmiyyət > “Zəfər müjdəsi ilə dönən balalarımıza sarılmağımız üçün həmrəy olmalıyıq”

“Zəfər müjdəsi ilə dönən balalarımıza sarılmağımız üçün həmrəy olmalıyıq”


16-10-2020, 13:24. Разместил: azadses
Son günlər bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən virusun yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə müvafiq olaraq ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məcisin Səhiyyə komitəsinin sədri  akademik Əhliman Əmiraslanov deyib. 

O bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə bu bəladan xalqımızı qurtarmaq üçün maksimum tədbirlər görülür:

"Bu baxımdan, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu bəladan xalqımızı qurtarmaq üçün maksimum tədbirlər görülür.

 

Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bununla bağlı açıqlanmış məlumatları hər kəs oxumalıdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Dövlətimiz uşaqlarımızın, gənclərimizin qorunması məqsədilə xüsusi tədbirlərin tərkib hissəsi kimi bütün təhsil müəssisələrində tədrisi müvəqqəti dayandırmışdır. Düşünürəm ki, bu çox düzgün qərardır. Digər bir tərəfdən özümüzü qorumalıyıq ki, döyüş cəbhəsindən zəfər müjdəsi ilə dönən balalarımıza məsafəsiz sarıla bilək. Bunun üçün hamılıqla həmrəy olmalıyıq".

Вернуться назад