Главная > Cəmiyyət > Nazirlik hər iki valideynini itirmiş bacı-qardaşı himayəyə götürdü
Nazirlik hər iki valideynini itirmiş bacı-qardaşı himayəyə götürdü14-10-2020, 14:34. Разместил: azadses |
Gənclər və İdman Nazirliyinin kollektivi 11 oktyabra keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyni himayəsinə qəbul edib. Bu barədə ''Azad Səs'' -ə Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, qurum yetkinlik yaşlarına (18 yaş) çatana qədər uşaqların 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürüb. Вернуться назад |