Главная > Cəmiyyət > #PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb – Trendə düşdü
#PrayForGanja həştəqi ilə 1 milyondan çox tvit yazılıb – Trendə düşdü12-10-2020, 10:08. Разместил: azadses |
#PrayForGanja həştəqi dünya trendinə düşüb. Erməni silahlı qüvvələrinin Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib. ''Azad Səs''-in xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Bu hadisədən sonra dünyanın bu hadisəyə lazımı reksiya verməsi üçün azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə #PrayForGanja həştəq kompaniya başladılıb. “Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. Вернуться назад |