Главная > Cəmiyyət > Binəqədi qazsız qaldı

Binəqədi qazsız qaldı


28-12-2019, 17:12. Разместил: azadses
Maşınla ərazidən keçən qaz xəttini zədələyiblər
Binəqədidə 300 abonentin təbii qaz təchizatında fasilə yaranıb. Buna səbəb isə bu gün günorta radələrində baş verən qəzadır. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Belə ki, saat 12:30-da Binəqədi rayonu, Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər. Nəticədə fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. Abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranıb.




Вернуться назад