Главная > Cəmiyyət > Bakıda tramvayların bərpasının yolları açıqlandı
Bakıda tramvayların bərpasının yolları açıqlandı9-10-2020, 15:10. Разместил: azadses |
Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib. Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”. Xatırladaq ki, Bakıda tramvayların bərpası "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. Paytaxtda 80 ilə yaxın tarixi olan tramvay xətlərinin yenidən bərpası nəzərdə tutulur. Вернуться назад |